EN

Bakıda din xadimlərinin forumu olacaq

Reyting.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakıda "Konstitusiya və Suverenlik İli" çərçivəsində Azərbaycan Din Xadimlərinin II Forumu keçiriləcək.

Reyting.az xəbər verir ki, forumun keçirilməsi dekabrın 24-nə nəzərdə tutulub.

"Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı" mövzusundakı tədbirdə dünyəvilik və vicdan azadlığı kimi təməl konstitusion dəyərlərin təbliği, din xadimlərinin hüquq və vəzifələri, dövlət-din münasibətlərinin hüquqi, mədəni aspektləri, din xadimlərinin peşəkar inkişafı, eləcə də multikultural, tolerant mühitin daha da möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə ediləcək.

Tədbirə müvafiq dövlət qurumları və din xadimləri, dini təhsil müəssisələrinin müəllimləri, İlahiyyatçı alım və mütəxəssislərlə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğız Respublikasının dini sahədə səlahiyyətli dövlət qurumlarının rəhbər şəxslərinin dəvət edilməsi planlaşdırılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
70
7
reyting.az

9Sources