Bakıda "Konstitusiya və Suverenlik İli" çərçivəsində Azərbaycan Din Xadimlərinin II Forumu keçiriləcək.
Publika.az xəbər verir ki, forum dekabrın 24-nə planlaşdırılır.
"Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı" mövzusundakı tədbirdə dünyəvilik və vicdan azadlığı kimi təməl konstitusion dəyərlərin təbliği, din xadimlərinin hüquq və vəzifələri, dövlət-din münasibətlərinin hüquqi, mədəni aspektləri, din xadimlərinin peşəkar inkişafı, eləcə də multikultural, tolerant mühitin daha da möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə ediləcək.