EN

ŞOK: Bu dövlət ABŞ ı təhlükəli ölkə siyahısına saldı

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Danimarka Hərbi Kəşfiyyat Xidməti yeni risk qiymətləndirmə hesabatı hazırlayıb. Rəsmi olaraq gələn həftə yayımlanacaq sənəddə ilk dəfə Amerika Birləşmiş Ştatları krallıq üçün təhlükə kimi qeyd olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə “BT” nəşri məlumat yayıb.

Hesabatda ABŞ-ın təkcə rəqiblərinə deyil, NATO üzrə müttəfiqlərinə qarşı da iqtisadi və texnoloji üstünlüyündən təzyiq vasitəsi kimi istifadə etdiyi vurğulanır. Əvvəlki illərdə risklər sırasında əsasən Rusiya və Çin yer alırdı, lakin ABŞ-ın bu siyahıya daxil edilməsi Danimarkanın xarici siyasəti üçün presedentsiz hadisə hesab olunur.

Bununla belə, Danimarka Hərbi Kəşfiyyatının rəhbəri Tomas Arenkil açıqlamasında ABŞ-ın hələ də ölkənin əsas müttəfiqi və Avropanın təhlükəsizliyinin əsas təminatçısı olduğunu bildirib. Lakin Vaşinqtonun mümkün risklər siyahısına daxil edilməsi iki ölkə arasında münasibətlərdə ciddi dəyişikliklərin baş verdiyinə işarədir.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
54
globalinfo.az

1Sources