EN

Almaniya höküməti: Ukraynaya dair sülh planı üzərində intensiv iş davam etdiriləcək

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ukrayna münaqişəsinin tənzimlənməsinə dair sülh planı üzərində intensiv iş yaxın günlərdə də davam etdiriləcək.APA xəbər verir ki, bunu Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius kansler Fridrix Merzin ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmerlə telefon danışığından sonra açıqlayıb.

Korneliusun sözlərinə görə, dörd lider Ukraynada atəşkəs danışıqlarının gedişatını müzakirə ediblər.“Sülh planı üzərində intensiv iş yaxın günlərdə də davam etdiriləcək”, - deyə o bildirib.

Rəsmi nümayəndə əlavə edib ki, dövlət və hökumət başçıları hazırkı mərhələni “Ukrayna və bütövlükdə Avroatlantik məkanın təhlükəsizliyi üçün həlledici an” kimi qiymətləndiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
114
2
apa.az

3Sources