Yazını böyüt
Yazını kiçilt
Cənubi Koreyada yüksək patogenli quş qripinə daha 2 yoluxma qeydə alınıb.
Hafta.az xarici mediaya istinadən xəbər verir ki, yeni yoluxmalar Cənubi Çhunqçhon və Kyongi əyalətlərində quşçuluq fermalarında aşkarlanıb. Bununla da cari mövsümdə yoluxma ocaqlarının sayı 10-a yüksəlib. Hazırda həmin fermalarda epidemioloji təhqiqat aparılır.
Kənd Təsərrüfatı Nazirliyi quşçuluq təsərrüfatlarını virusun yayılmaması üçün qabaqlayıcı və karantin tədbirləri görməyə çağırıb.