EN

İsrail polisi Zelenskinin tərəfdaşına sui-qəsd iddialarını təkzib edib

Ukraynalı iş adamı İqor Kolomoyskiy noyabrın 28-də İsraildə Prezident Vladimir Zelenskinin tərəfdaşı Timur Mindiçə qarşı sui-qəsd cəhdi baş verdiyini bildirsə də, İsrail polisi bu məlumatı təsdiqləmir.

Doğru.az xəbər verir ki, İsrail polisinin sözçüsü mayor Mixail Zingerman RİA Novosti-yə açıqlamasında bildirib ki, “İsrail polisinin bu barədə məlumatı yoxdur”. O əlavə edib ki, hüquq-mühafizə orqanlarında Kolomoyskinin açıqlamasının təsdiqi yoxdur.

Kolomoyskiy məhkəmədə ifadəsində cinayətkarların yanlış ev aldığını və bu səbəbdən sui-qəsdin baş verdiyini demişdi.

Qeyd edək ki, İqor Kolomoyskiy Rosfinmonitoring-in terrorçular və ekstremistlər siyahısına daxil edilib.

DOĞRU.AZ 

Chosen
28
1
dogru.az

2Sources