EN

David Alaba Madrid klubu ilə vidalaşır

style='margin-bottom:10px;'>

“Real”ın təcrübəli müdafiəçisi David Alaba cari mövsümün sonunda klubdan ayrılacaq.

QOL.az xəbər verir ki, məşhur insayder Fabritsio Romano “X” sosial şəbəkəsində tərəflərin yolları ayırmaq barədə qəti qərar qəbul etdiyini açıqlayıb.

Avstriyalı futbolçunun “kral klubu” ilə müqaviləsi 2026-cı il iyulunda başa çatır. Alabanın Madriddə qalmaq istəyinə baxmayaraq klub rəhbərliyi sözləşməni yeniləməkdən imtina edib.

Hazırda 33 yaşlı müdafiəçinin karyerasını davam etdirmək üçün yeganə real variantı Səudiyyə Ərəbistanı klublarıdır. Lakin futbolçunun Avropa komandalarından da təklif gözlədiyi bildirilir.

Chosen
15
1
teleqraf.com

2Sources