Qol.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
David Alaba Madrid klubu ilə vidalaşır
“Real”ın təcrübəli müdafiəçisi David Alaba cari mövsümün sonunda klubdan ayrılacaq.
QOL.az xəbər verir ki, məşhur insayder Fabritsio Romano “X” sosial şəbəkəsində tərəflərin yolları ayırmaq barədə qəti qərar qəbul etdiyini açıqlayıb.
Avstriyalı futbolçunun “kral klubu” ilə müqaviləsi 2026-cı il iyulunda başa çatır. Alabanın Madriddə qalmaq istəyinə baxmayaraq klub rəhbərliyi müqaviləni yeniləməkdən imtina edib.
Hazırda 33 yaşlı müdafiəçinin karyerasını davam etdirmək üçün yeganə real variantı Səudiyyə Ərəbistanı klublarıdır. Lakin futbolçunun Avropa komandalarından da təklif gözlədiyi bildirilir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.