EN

Pərvindən şəxsi həyatı ilə bağlı ETİRAF

Aktrisa Pərvin Abıyeva açıqlaması ilə diqqət çəkib.

Publika.az xəbər verir ki, aktrisa canlı yayımda şəxsi həyatı ilə bağlı sualları cavablandırıb. Pərvin ailə qurmağa hazırlaşdığını deyib:

"Namizədim var... İnanmazsınız, amma var. Deyəsən, toy olacaq".

Aktrisa həyatında olan bəylərlə nişanlandığını etiraf edib:

"Ömrüm nişanlı ola-ola keçib. Hər gələn evlənmək adıyla nişanlanıb, sonra gedib. Hamısı ilə nişanlı olmuşam. Hamısından üzüyüm var. Bundan sonrakına deyəcəyəm mənə üzük vermə, düşmür".

Chosen
58
publika.az

1Sources