EN

FED-dən mühüm qərar

ABŞ-ın mərkəzi bank funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) uçot faiz dərəcəsini illik 3,5 - 3,75% aralığına endirib.

Publika.az xəbər verir ki, bu barədə maliyyə qurumunun Açıq Bazar Əməliyyatları üzrə Federal Komitəsinin (FOMC) iclasının nəticələrinə dair bəyanatda bildirilir.

Bəyanata əsasən, 2025-ci ildə ölkədə ÜDM-in artımı proqnozu da 1,6%-dən 1,7%-ə qədər artırılıb.

İnflyasiya proqnozu isə 3%-dən 2,9%-ə endirilib.

Chosen
84
6
publika.az

8Sources