EN

Ukrayna mediası Qara dənizdə tankerə hücum barədə məlumat yayıb

Dogru.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Qara dənizdə “Daşan” tankerinə hücum edildiyi barədə Ukrayna mediasında məlumat yayılıb.

Doğru.az xəbər verir ki, STRANA.ua “Biz Ukraynayıq” Telegram kanalındakı mənbəyə istinadən bildirib: tankerdə ciddi ziyan yaranıb və o, bir müddət sıradan çıxıb. Məlumata görə, hücum SBU-nun Hərbi Əks-kəşfiyyatının 13-cü Baş İdarəsi və Ukrayna Hərbi Dəniz Qüvvələrinin birgə əməliyyatı olub.

Bloomberg də mövzu ilə bağlı məlumatlı mənbəyə istinad edərək yazır ki, Komor adalarının bayrağı altında Novorossiysk limanına doğru hərəkət edən tanker Sea Baby tipli dəniz PUA-larının hücumuna məruz qalıb. Agentlik qeyd edir ki, hadisə vaxtı gəmidə heyət olmayıb.

Xatırladaq ki, bundan əvvəl Qambiya bayrağı altında üzən “Kairos” tankeri də Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz aparatın hücumundan sonra quruya oturmuşdu.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
65
1
dogru.az

2Sources