Vaşinqton, 11 dekabr, AZƏRTAC
Boliviyanın keçmiş Prezidenti Luis Arse Katakora həbs edilib.
AZƏRTAC-ın məlumatına görə, bu barədə ölkənin vitse-prezidenti Edman Lara sosial mediada açıqlayıb. Bildirilib ki, o, korrupsiya istintaqının bir hissəsi olaraq saxlanılıb.
Qeyd edək ki, Luis Arse Katakora 2020-ci ildən 2025-ci il noyabrın 8-dək Boliviya Prezidenti olub. Bir ay əvvəl onu bu vəzifədə Rodriqo Paz əvəzləyib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton