EN

NASA Mars orbitindəki MAVEN stansiyası ilə əlaqəni itirib

BAKI, 11 dekabr. TELEQRAF

NASA Mars orbitində fəaliyyət göstərən MAVEN tədqiqat aparatı ilə əlaqəni dekabrın 6-da itirib.

Teleqraf xəbər verir ki, bunu agentlik açıqlayıb.

Məlumata görə, hazırda mütəxəssislər cihazla rabitəni bərpa etməyə çalışır və nasazlığın səbəblərini araşdırır.

NASA bildirir ki, zond planetin arxa tərəfinə keçənədək bütün sistemlər normal işləyirdi. Lakin MAVEN Marsın qaranlıq üzündən çıxandan sonra Yer ilə əlaqə yenidən qurulmayıb və Uzaq Kosmik Rabitə Şəbəkəsi aparatın siqnalını qəbul edə bilməyib.

Agentlik hazırda problemi müəyyənləşdirmək və stansiyanın funksionallığını bərpa etmək üçün iş apardığını qeyd edir.

Chosen
150
teleqraf.com

1Sources