EN

Qəzza "Sülh Şurası"nın üzvləri gələn ilin əvvəlində açıqlanacaq - Tramp

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Qəzza "Sülh Şurası"nınüzvlərinin siyahısı gələn ilin əvvəlində elan olunacaq.

Trend-inməlumatına görə, o, Şuranın qlobal liderlərdən ibarət olacağınıqeyd edib.

Tramp açıqlamasında bunun “indiyədək yaradılan ən əfsanəvişuralardan biri” olacağını vurğulayıb. Onun sözlərinə görə, Şuraəsasən dünyanın ən vacib ölkələrinin rəhbərlərindən formalaşacaq və“hamı bu qurumda yer almaq istəyir”.

Atəşkəs sazişinə əsasən, "Sülh Şurası"nın Qəzzanın idarəolunmasında yardımçı rol oynaması nəzərdə tutulur. ABŞ Prezidentihəmçinin qrupun sədri vəzifəsini icra edəcəyini bildirib.

Chosen
31
1
az.trend.az

2Sources