EN

Bakıda neft-qaz sektoruna həsr olunmuş beynəlxalq konfrans davam edir

Bakı. Trend:

Bakı neft-qaz sektoruna həsr olunmuş “Asset Integrity &Corrosion and Coatings Conference” (Aktivlərin Bütövlüyü, Korroziyavə Örtüklər Konfransı) adlı beynəlxalq konfransın üçüncü günü startgötürüb.

Trend xəbər verirki, konfrans aparıcı sənaye mütəxəssislərini, şirkət rəhbərlərinivə texnologiya təchizatçılarını bir araya gətirir.

Konfrans çərçivəsində aktivlərin bütövlüyünün təmin edilməsi,korroziya ilə mübarizə və qoruyucu örtük texnologiyaları sahəsindəmövcud vəziyyət və ən yeni həllər müzakirə olunur. Bundan əlavə,iştirakçılara sənayenin qarşısında duran risklər, texniki həllər vəbeynəlxalq təcrübə təqdim ediləcək.

Qeyd edək ki, tədbirdə 20-dən çox ölkədən 500-dən artıqnümayəndə iştirak edib. Konfransda 50-dən çox spiker çıxış edir,25-dən çox şirkət isə öz texnoloji həllərini təqdim edir.Ümumilikdə 50-dən artıq texniki sessiya, bir neçə panel müzakirəsivə peşəkar əlaqələrin qurulmasına yönəlmiş müxtəlif tədbirlərkeçirilib.

Xəbər yenilənəcək

Məqalədə:
Chosen
18
3
az.trend.az

4Sources