EN

Tramp 1 milyon dollar ödəyən şəxslərə vətəndaşlıq verəcək

ABŞ ən azı 1 milyon dollar ödəyə bilən varlı əcnəbilərə sürətləndirilmiş viza və vətəndaşlıq verəcək.

Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, bu istiqamətdə ABŞ Prezidenti Donald Tramp "Platinum Card" proqramını işə salıb.

"Platinum Card"ın ən yüksək səviyyəli versiyası 5 milyon dollara təklif olunacaq və xüsusi vergi üstünlükləri bura daxildir. Müraciət etməzdən əvvəl 15.000 ABŞ dolları məbləğində geri qaytarılmayan müraciət haqqı tələb olunur.

Qeyd edək ki, yeni proqram həm ölkə daxilində, həm də qlobal miqyasda ciddi müzakirələrə səbəb olub.

İlahə Qənbərli

Missiya.Az

Chosen
35
missiya.az

1Sources