EN

Qumar oyunlarına görə ödəniş əməliyyatları dayandırılan “Paysis”in həbsdəki rəhbərinin əmlaklarına da həbs qoyulub

Mərkəzi Bank tərəfindən qumar oyunlarına görə bütün ödəniş əməliyyatları dayandırılan “Paysis” MMC-nin rəhbərinin əmlaklarına həbs qoyulub. MMC-nin rəhbəri həbsdə olan Samir Nəsibovdur.

Aznews.az xəbər verir ki, onun əmlaklarına həbs qoyulması ilə bağlı Baş Prokurorluqda aparılan cinayət işi üzrə qərar verilib.

Samir Nəsibovun bir sıra əmlakları üzərinə həbs qoyulub.

Qeyd edək ki, onlayn qumar oyunlarının təşkili, bu fəaliyyətlərdən əldə edilmiş vəsaitlərin leqallaşdırılması ilə bağlı ittiham olunan Yusif Baqiyev, Ramil Saadov, Pərviz Məmmədov, Samir Nəsibovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Chosen
40
10
aznews.az

10Sources