EN

"Ayaks" "Qarabağ"a qarşı oyunda ilkə imza atıb

"Ayaks" klubu UEFA Çempionlar Liqasında ilkə imza atıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası məlumat yayıb.

Məlumata görə, klub əsas mərhələnin VI turunda "Qarabağ"la oyunda tarixində ilk dəfə matçın start heyətində iki 17 yaşlı futbolçuya şans verib. Yorti Mokio və Şon Styor ilk 11-likdə yer alıblar.

Eyni zamanda, "Ayaks" komandası 1973-cü ilin yanvar ayından bəri (Superkubokda "Reyncers"ə qarşı 3:2) ilk dəfə olaraq iki dəfə geriyə düşdüyü Avropa matçında qələbə qazanıb.

Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" - "Ayaks" görüşü 2:4 hesabı ilə başa çatıb.

"Cebheinfo.az"

Chosen
17
1
cebheinfo.az

2Sources