Böyük maraqla qarşılanan tamaşada rayonun rəhbəri Araz Əhmədovla bərabər aparatı, hüquq mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və sakinlər iştirak etmişlər.
Rolları Xalq artisti Qabil Quliyevin, Əməkdar artist Sucəddin Mirzəyevin, aktyorlardan Səyad Əliyevin, Gülər Kərimovanın, Saleh Əzimzadənin , Məleykə Cəfərovanın və Teymur Hacızadənin ifa etdilər tamaşanın təqdimatında sonra Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Lənkəran Dövlət Dram Teatrının direktoru, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi və Dağıstan Respublikasının əməkdar artisti Laləzar Hüseynova və kollektivinə möhtəşəm tamaşaya görə təşəkkürünü bildirmişdir.
Lənkəran Dövlət Dram Teatrının direktoru Laləzar Hüseynova da öz növbəsində onlara yaradılan şəraitdən ötrü rayon rəhbərinə minnətdarlığını ifadə etmişdir.
Məlumat üçün bildirək ki, "Məkr və Məhəbbət" əsəri sevgi və cəmiyyətin sərt qanunları arasında qalmış iki gəncin - zadəgan ailəsindən olan Ferdinand və sadə musiqiçinin qızı Luizanın faciəvi məhəbbət hekayəsidir. Onların saf münasibəti hakimiyyət intriqaları, məkrli planlar və sosial bərabərsizliyin basqısı altında məhv olur. Əsər, məhəbbətin saf və yüksəldici gücünü göstərməklə yanaşı, hakimiyyət və fərdi azadlığın boğulması kimi mövzuları kəskin şəkildə tənqid edir. Şiller bu faciə vasitəsilə həm o dövrün ictimai quruluşuna qarşı etirazını bildirir, həm də insan ləyaqətinin müdafiəsini önə çəkir.