EN

"Şəfa"nın məğlubiyyətsiz oyunlar seriyası yenə qırılmadı

1-ci Liqanın 10-cu turunda öz meydanında "Zaqatala" ilə bərabərliyə razılaşan (1:1) "Şəfa" mübarizə apardığı çempionatlarda yenilməz olaraq qalır.

Fanat.Az-ın hesablamalarına görə, Bakı təmsilçisi 33 yaşlı baş məşqçisi Elgiz Kərəmlinin rəhbərliyi altında çıxdığı 23 görüşdə uduzmayıb.

Bu matçlardan 13-ü 2-ci, 10-u 1-ci Liqaya təsadüf edib.

Xatırladaq ki, hazırda 24 xalı olan "Şəfa" 1-ci Liqanın turnir cədvəlində şəriksiz lider mövqeyindədir. Bakılılar Bizon Azərbaycan Kubokunun 1/8 finalında səfərdə "Qəbələ"yə uduzaraq (1:2) mübarizəni dayandırıb.

Nihat 

Chosen
17
2
fanat.az

3Sources