AZ

Şəfa nın gənc çalışdırıcısından diqqətçəkən performans

Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.

Dünən Bizon Azərbaycan Kubokunun 1/8 finalında səfərdə "Qəbələ"yə uduzaraq (1:2) mübarizəni dayandıran "Şəfa"nın bütün turnirlərdə 23 oyunluq məğlubiyyətsiz oyunlar seriyası başa çatsa da, 33 yaşlı mütəxəssis Elgiz Kərəmlinin çalışdırdığı Bakı təmsilçisi mübarizə apardığı çempionatlarda yenilməz olaraq qalır.

Fanat.Az-ın hesablamalarına görə, 1-ci Liqa təmsilçisi Kərəmlinin rəhbərliyi altında çıxdığı 22 görüşdə uduzmayıb.

Bu matçlardan 13-ü 2-ci, 9-u 1-ci Liqaya təsadüf edib.

Xatırladaq ki, hazırda 23 xalı olan "Şəfa" 1-ci Liqanın turnir cədvəlində şəriksiz lider mövqeyindədir. 

Nihat 

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
2
fanat.az

3Mənbələr