EN

“İnklüziv İnkişafa Birgə Töhfə”

Yazını böyüt
Yazını kiçilt

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, "Birgə və Sağlam" İctimai Birliyinin birgə təşəbbüsü, "Trendyol" şirkətinin dəstəyi ilə "Kaşalata" kafedə maarifləndirici layihə gerçəkləşdirilib. 

Layihə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək olmaq və onların valideynlərinin maarifləndirilməsini təmin etmək məqsədi daşıyıb.

Tədbir çərçivəsində “Birgə və Sağlam ictimai birliyi”nin təsisçisi Aytən Eynalova birlik və onun fəaliyyətləri haqqında ətraflı məlumatlar paylaşıb və iştirakçılar üçün “Əlilliyi olan uşaqların valideynləri üçün stress menecment və dayanıqlılıq strategiyaları” mövzusunda maarifləndirici təlim təşkil olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin əməkdaşı Günay Hüseynova, Mərkəzin Sosial pedaqoji inkişaf və sosial psixoloji dəstək departamentinin əməkdaşı Aydan Salmanova mövzu ətrafında ətraflı məlumat verib, valideynlərlə interaktiv müzakirələr aparıb, onların mövzu ilə bağlı suallarını cavablandırıblar. 

Tədbirin bədii hissəsində Mərkəz üzvləri, “Birgə və sağlam” İctimai Birliyinin üzvlərinin ifasında konsert proqramı  təqdim edilib. 

Məqsəd inklüziv cəmiyyətin inkişafına birgə töhfə vermək, əlilliyi olan şəxslərin valideynləri üçün dəstək mühiti yaratmaq, onların məlumatlılığını artırmaq və sosiallaşmasını gücləndirməkdən ibarət olub.

Trendyol şirkəti ölkənin ilk və yeganə inklüziv kafesi Kaşalata kafenin yaranması və fəaliyyətinin davamlılığında böyük dəstək verir. İnklüziv cəmiyyətin formalaşmasına töhfə verən Trendyol şirkətinə "Birgə və Sağlam" İctimai Birliyi və Kaşalata kafe adından dərin təşəkkürümüzü bildirir fəaliyyətlərində uğurlar arzulayırıq.

Chosen
51
hafta.az

1Sources