EN

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin əməkdaşı İsmayıl Məmmədəliyev saxlanılıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, İ.Məmmədəliyev barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, o, Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi, polkovnik Pərviz Rəhimovun qardaşının kürəkənidir. Pərviz Rəhimov isə Rusiya Prezidenti Vladimir Putinin tələbə yoldaşı, iş adamı İlham Rəhimovun qardaşı oğludur.

Seymur Əli

Chosen
65
19
unikal.az

10Sources