İki aydan çoxdur dənizdə batdığı ehtimal edilən Tural Sultanovun axtarışları davam edir.
Aznews.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidmətinin məlumatında bildirilib.
Qurumdan bildirilib ki, bu il 27 sentyabr tarixində dənizdə batdığı ehtimal olunan 1992-ci il təvəllüdlü Sultanov Tural Hüseynağa oğlunun axtarışları davam etdirilir.
Axtarışlar FHN-in Aviasiya dəstəsin helikopteri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.