EN

Gəklən ilin iş vaxtı və bayram günlərini açıqlanıq

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin KollegiyasınınQərarı ilə 2026-cı il üçün iş vaxtı norması və istehsalat təqvimitəsdiq edilib.

Trend xəbərverir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiməlumat yayıb.

Bildirilib ki, 2026-cı il üçün iş vaxtı normasında qeyd edilirki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin “2026-cı il üçünNovruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsihaqqında” 2025-ci il 2 dekabr tarixli 362 nömrəli Qərarına əsasən2026-cı ildə aşağıdakı günlər iş günü hesab edilmir:

1, 2 yanvar – Yeni il bayramı;

20 Yanvar – Ümumxalq Hüzn Günü;

8 Mart – Qadınlar Günü;

20, 21, 22, 23, 24 mart – Novruz bayramı;

20, 21 mart -– Ramazan bayramı;

9 May -– Faşizm üzərində Qələbə günü;

27, 28 may – Qurban bayramı;

28 May – Müstəqillik Günü;

15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş Günü;

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü;

8 Noyabr – Zəfər Günü;

9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü;

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü.

Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin Qərarına uyğun olaraq,2026-cı ildə beşgünlük iş həftəsində 9, 25, 26, 27 və 30 mart, 11,29 may, 10 noyabr tarixləri, altıgünlük iş həftəsində 25, 26 mart,29 may və 10 noyabr tarixləri istirahət günləridir.

2026-cı ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvimgünündən ibarətdir.

2026-cı ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan 5-ıbayramqabağı, 1-i Ümumxalq Hüzn Günü qabağı günlərdir), iş günühesab edilməyən 107 istirahət günü (onlardan 5-i iş günü hesabedilməyən bayram günləri ilə, 3-ü Qurban və Ramazan bayramlarınıniş günü hesab olunmayan başqa bayram günləri ilə üst-üstə düşməsinəgörə müəyyən edilən), iş günü hesab edilməyən 19 bayram (onlardan3-ü üst-üstə düşən) və 1 Ümumxalq Hüzn Günü vardır.

Ölkəmizdə gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıqola bilməz və bir qayda olaraq, iki istirahət günü olan beşgünlükiş həftəsi müəyyən edilir.

Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal işvaxtının müddəti isə 40 saatdan artıq ola bilməz.

2026-cı ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsiüzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman işgünü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq HüznGünü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saatqısaldılır.

Qanunvericiliyə uyğun olaraq 2026-cı il üçün 40 saatlıq işhəftəsində iş vaxtının illik norması 1922 saat təşkil edir.Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsindəçalışan işçilər üçün 2026-cı ildə beşgünlük iş həftəsi üzrəhesablanmış 1922 saatlıq illik iş vaxtı norması tətbiqedilməlidir.

Hər il üçün təsdiq edilən iş vaxtı norması və istehsalattəqvimləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiinternet saytının “İstehsalat təqvimləri” altbölməsində(https://sosial.gov.az/az/faydali/istehsalat-teqvimi)yerləşdirilib.

Chosen
7
50
az.trend.az

10Sources