Bu ayda iş vaxtı norması azalacaq
Azərbaycanda 2026-cı ildə mart ayında qeyri-iş günlərinin çoxluğu səbəbindən iş vaxtı norması azalacaq.Metbuat.az xəbər verir ki, beşgünlük iş həftəsi üçün 13 tam iş günü (8 saatlıq) və 1 qısaldılmış iş günü (7 saatlıq) nəzərdə tutulur. Bu isə ümumilikdə 111 saat iş vaxtı deməkdir. Qeyd edək ki, mart ayında qeyri-iş günlərinə 8 Mart - Beynəlxalq Qadınlar Günü, 20 - 24 mart - Novruz bayramı, 20 - 21 mart - Ramazan bayramı daxildir.Bundan əlavə 8 Mart bazar gününə təsadüf etdiyindən 9 mart da qeyri-iş günü hesab olunacaq.Beləliklə, mart ayında ölkədə ümumilikdə 13 qeyri-iş günü nəzərdə tutulub.Ülkər Cəlilzadə / Metbuat.az