EN

Xəzər dənizində köməksiz qalan üç nəfər xilas edilib

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Xəzər dənizində üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə tədbirlərinin həyata keçirilməsini uğurla davam etdirir.

Xidmətin mətbuat mərkəzindən AZƏRTAc-a verilən məlumata görə, dekabrın 10-da saat 17:30-da Sahil Mühafizəsinin Bakı sahil nəzarəti şöbəsinin Zirə sahil nəzarəti bölməsinə Xəzər dənizinin ölkəmizə mənsub ərazi sularında içərisində 3 heyət üzvü olan balıqçı qayığının geri qayıtmadığı və köməksiz vəziyyətdə qaldığı barədə məlumat daxil olub.

Təxirəsalınmaz tədbirlər görülərək dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmiləri müəyyən edilmiş koordinatlar üzrə dərhal hərəkətə keçiblər.

Aparılmış axtarış-xilasetmə tədbirləri nəticəsində dekabrın 11-i saat 01:20-də dənizdə köməksiz vəziyyətdə qalmış Neftçala rayon sakinləri – 1990-ci il təvəllüdlü Cəlal Məhərrəm oğlu Səmədov, 1997-ci il təvəllüdlü Sənan Elçin oğlu Babayev və 1980-ci il təvəllüdlü Kənan Rafiq oğlu Fətullayev sərhəd gəmisinə təxliyə edilərək təhlükəsiz şəraitdə sahilə çıxarılıb.

Chosen
25
34
yeniazerbaycan.com

10Sources