EN

Əhali 11 ayda 1,4 milyard manatlıq əczaçılıq məhsulları alıb

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarətşəbəkəsində istehlakçılara 1,424 milyard manatlıq əczaçılıqməhsulları və tibbi ləvazimatlar satılıb.

Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü iləmüqayisədə 24,3% çoxdur.

Sözügedən məhsullar üzrə ticarət dövriyyəsinin yekunda xüsusiçəkisi 2,4% təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında pərakəndəticarət şəbəkəsində istehlakçılara 58,571 milyard manatlıq, ocümlədən 31,937 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütünməmulatları, 26,634 milyard manatlıq qeyri-ərzaq mallarısatılıb.

2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndəticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaqməhsulları, içkilər və tütün məmulatları üzrə 1,2 faiz, qeyri-ərzaqmalları üzrə 6,7 faiz artıb.

Chosen
155
4
az.trend.az

7Sources