EN

Əli Abbasov deputat mandatından məhrum edildi…


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əli Abbasov deputat mandatından məhrum edilib. Məlumata görə, Ali Məclisinin 4 saylı Yengicə Seçki Dairəsindən olan deputatı Abbasov Əli Feyzulla oğlu barəsində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə daxil olmuş vətəndaş müraciətləri əsasında Ali Məclisin İntizam Komissiyası tərəfindən intizam icraatı başlanılıb.

Qanunvericiliyin tələblərinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam Komissiyasının hazırladığı rəy Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən 11 dekabr2025-ci il tarixdə Əli Abbasovun deputat mandatından məhrum edilməsi haqqında qərar qəbul olunub.

ZÜMRÜD

Chosen
26
30
baki-xeber.com

10Sources