EN

Türkiyə klubu mərc oyunlarına görə həbs edilən futbolçu ilə yollarını ayırıb

“Konyaspor” Türkiyədə mərc oyunları ilə bağlı istintaq çərçivəsində həbs edilən futbolçusu Alassan Ndao ilə yollarını ayırıb.

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, seneqallı yarımmüdafiəçinin müqaviləsi vaxtından əvvəl ləğv edilib.

28 yaşlı vinger qanunsuz mərc oyunlarında iştirak etdiyi üçün bir neçə gün öncə saxlanılıb. Daha sonra məhkəmə onunla bağlı həbs qərarı çıxarıb.

Qeyd edək ki, Alassan Ndao Türkiyədə “Fatih Karagümrük”, “Antalyaspor” və “İstanbulspor”un da formasını geyinib. O, 2023-2024-cü illər mövsümünün qış fasiləsində “Konyaspor”a keçib.

Chosen
16
6
yeniazerbaycan.com

9Sources