EN

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı Lənkəran təmsilçisinin şikayətini təmin etmədi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı Region Liqasında çıxış edən "Lənkəran" klubunun futbolçusu Şahin Ağayevlə bağlı şikayətini təmin etməyib.

Fanat.Az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 16-da "Salyan" OİK-lə qarşılaşmada hakimlər briqadasını təhqir edən futbolçunun 4 matçlıq cəzası qüvvədə saxlanılıb.

Cənub təmsilçisinə Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü izah edilib.

Chosen
11
4
fanat.az

5Sources