Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı Region Liqasında çıxış edən “Lənkəran” klubunun şikayətini təmin etməyib.
İdman.Biz AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, şikayət “Lənkəran”ın oyunçusu Şahin Ağayevlə bağlı olub.
Belə ki, noyabrın 16-da “Salyan OİK”lə qarşılaşmada hakimlər briqadasını təhqir edən futbolçunun 4 matçlıq cəzası qüvvədə saxlanılıb.
Kluba Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü izah edilib.
İdman.Biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.