EN

ABL: “Quba” “Lənkəran”a, “Naxçıvan” “Sərhədçi”yə qalib gəldi – ARENA.AZ

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 9-cu turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış oyununda “Lənkəran” “Quba” ilə qarşılaşıb. B qrupunun matçında qubalılar 95:87 hesablı qələbə qazanıblar.

B qrupunun digər oyununda “Sərhədçi” ilə qarşılaşan “Naxçıvan” 90:74 hesablı qələbə qazanıb.

9-cu tura dekabrın 14-də yekun vurulacaq.

A qrupu: Sabah – 16. Abşeron Lions – 15. Gəncə – 10. Şəki – 9. Neftçi – 8. NTD – 8.

B qrupu: Ordu – 16. Naxçıvan – 16. Quba – 13. Lənkəran – 12. Sərhədçi – 11. Sumqayıt – 9.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Chosen
27
5
arena.az

10Sources