Bakının 7-ci mikrorayon ərazisində yerləşən “Eyvan” restoranında yanğın hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə dərhal FHN-in üç yanğınsöndürən maşını cəlb edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə söndürülüb və digər sahələrə keçməsinin qarşısı alınıb.
Hadisənin səbəbləri araşdırılır.