EN

KİV: Ukrayna ABŞ-a Donbasda demilitarizasiya olunmuş azad iqtisadi zona yaratmağı təklif edib » AzadMedia.az


Ukrayna Donbas ərazisində demilitarizasiya olunmuş azad iqtisadi zona yaradılmasını və bu zonada Amerika biznesinin fəaliyyəti üçün şərait yaradılmasını ABŞ-a təklif edib.

Bu barədə Politico mənbələrə istinadən məlumat yayıb.

Nəşr yazır ki, Ukraynanın son sülh planında Donbasda “demilitarizasiya olunmuş azad iqtisadi zonanın” yaradılması nəzərdə tutulur və ABŞ şirkətlərinin burada işləyə bilməsi üçün imkanlar təklif olunur.

Mənbələrin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp xüsusilə korrupsiya qalmaqalından sonra Ukraynanı münaqişənin daha zəif tərəfi hesab edir.
Chosen
8
50
azadmedia.az

10Sources