Ukraynanın ABŞ-a təqdim etdiyi sülh planının son versiyasında Rusiya və Ukrayna qoşunlarının Donbasdan çıxarılması və bölgədə "azad iqtisadi zona"nın yaradılması nəzərdə tutulur.
Publika.az xəbər verir ki, bu barədə məlumatlı mənbələr “Politico”ya məlumat verib.
Ağ Evin mətbuat katibi Kerolin Levitt bir gün əvvəl, 11 dekabrda prezident Donald Trampın Ukraynanın təklif etdiyi planı nəzərdən keçirdiyini təsdiqləyib. Sənədin 12 dekabr şənbə günü ABŞ, Ukrayna, Fransa, Almaniya və Böyük Britaniya tərəfindən müzakirəyə çıxarılacağı gözlənilir.
Eyni zamanda, “Politico” mənbələri Rusiyanın silahsızlaşdırılmış Donbasda "azad iqtisadi zona" yaratmaq təklifini dəstəkləyəcəyinə şübhə ilə yanaşdıqlarını bildiriblər. Onlar bildiriblər ki, Tramp Ukraynanı münaqişədə ən zəif tərəf kimi görür və bu, əsasən son korrupsiya qalmaqalına görədir.
Nəşrin mənbələrindən biri qeyd edib ki, "Ağ Ev bu korrupsiya qalmaqalından Zelenskiyə təzyiq göstərmək üçün istifadə edir". İndiyə qədər Rusiya Prezidenti Vladimir Putin Kiyevdən müharibəyə son qoymaq üçün qoşunlarını Donbasdan çıxarmağı tələb edib. O, həmçinin qeyd edib ki, region tarixən Rusiya ərazisidir və Moskva tərəfindən hərbi və ya başqa şəkildə geri alınacaq.