EN

“Trion Trade” MMC əməkdaşına hökm oxundu

Göyçay Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Rahim Quliyevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İbrahim Fəttahovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona bəraət verilib.


İttiham aktına görə, Rahim Quliyev Cinayət Məcəlləsinin 179.2.3-cü (öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirləndirilir.


İttihamda göstərilir ki, təqsirləndirilən şəxs 04 yanvar 2021-ci il tarixdən 26 mart 2022-ci il tarixədək olan müddət ərzində zərərçəkmiş “Trion Trade” MMC-nin Göyçay filialının Göyçay, Ucar, Kürdəmir və Zərdab bölgələri üzrə satış nümayəndəsi vəzifəsində işləyib. Onun vəzifə səlahiyyətləri 19 iyun 2020-ci il tarixli əmək müqaviləsi və həmin tarixli vəzifə təlimatı ilə müəyyən edilib. Həmin sənədlərə əsasən o, satış prosesinin təşkili, satış məntəqələrində maddi vəsaitə nəzarət, inventar qalığının çıxarılması, müştərilərdən pul yığılması və şirkətə təhvil verilməsi kimi funksiyaları yerinə yetirməli olub. Bu müddətdə Rahim ona təhkim edilən terminal vasitəsilə elektron fakturalar yazaraq malların sifarişini həyata keçirib, eyni zamanda satılmış mallara görə müştərilərdən topladığı vəsaiti şirkətin xəzinəsinə tam və vaxtında ödəməli olub. Lakin o, öz qulluq mövqeyindən istifadə etməklə, ona etibar olunan əmlakı vahid niyyətlə mənimsəmək və talamaq məqsədilə müxtəlif markalı qeyri-qida məhsullarını şəxsən sifariş verib. Nəticədə, 04 yanvar 2021–26 mart 2022-ci il tarixləri arasında sifariş etdiyi malların satışından əldə etdiyi pulları mənimsəyib.


Nəticədə təqsirləndirilən şəxsin MMC-yə məxsus ümumilikdə 12 206,09 manat məbləğində pulu şirkətin Göyçay filialının xəzinəsinə təhvil vermədiyi müəyyən edilib.



Kamal Məmmədov 

Tarix: 12 Dekabr 2025, 09:12   
Chosen
39
pravda.az

1Sources