EN

Madurodan gözlənilməz etiraf: Onu “böyük qardaş” adlandırdı

Venesuela Prezidenti Nikolas Maduro Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığını yüksək qiymətləndirib və ikitərəfli münasibətlərin yüksək səviyyəsini vurğulayıb.

Publika.az xəbər verir ki, Maduronun sözlərinə görə, söhbət uzun çəkib. O, “böyük qardaş” adlandırdığı Rusiya prezidentinin mövcud Venesuela hakimiyyətini dəstəklədiyini bildirib.

Putin Venesuela xalqının dözümlülüyünü qeyd edib və Latın Amerikası regionunda suverenliyin və sabitliyin qorunmasına sadiqliyini bir daha təsdiqləyib. Karakas bu siqnalları Moskvanın müttəfiqliyinin birbaşa təsdiqi kimi qiymətləndirib.

Venesuela lideri əməkdaşlığın praktik nəticələrini də vurğulayıb. Maduro həmçinin tarixi vurğulayaraq, mövcud münasibətləri iki yüz il əvvəl Venesuela azadlıq hərəkatının lideri Fransisko de Mirandanın Rusiya imperatriçası Yekaterina ilə görüşdüyü hadisələrlə əlaqələndirib.

Chosen
53
publika.az

1Sources