EN

Suriya 40 ildən sonra Dünya Bankı ilə ilk layihəni reallaşdırır

Müəllif:Mehin Qasımova,Banco.az

Suriya təxminən 40 ildən sonra ilk dəfə Dünya Bankı ilə birgə layihə həyata keçirir.

Banco.az xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Məhəmməd Yasir Bərnaeh sosial media hesabında məlumat verib.

Nazirin sözlərinə görə, elektrik xətlərinin təmiri və gücləndirilməsini əhatə edən layihənin yekun sənədi imzalanıb. O bildirib ki, layihə kredit deyil, qrantlar hesabına maliyyələşdirilir.

Bərnaeh əlavə edib ki, bu layihə Energetika Nazirliyinin elektrik enerjisi təchizatını yaxşılaşdırmaq və milli iqtisadiyyata töhfə vermək səylərini dəstəkləyəcək.

Qeyd edək ki, Dünya Bankının Direktorlar Şurası iyun ayında Suriyada elektrik ötürücü xətlərinin bərpası üçün 146 milyon dollarlıq qrantı təsdiqləyib.

Chosen
32
1
banco.az

2Sources