
"Biz Türkmənistanın hər bir uğurundan qürur duyur və sevinirik".
Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistanın paytaxtı Aşqabadda keçirilən "Beynəlxalq Sülh və Təhlükəsizlik Forumu"nda çıxışı zamanı deyib.
“Əcdadlarımızın vətəni hesab etdiyimiz bu torpaqlarda yenidən olmaqdan böyük şərəf duyuram. Daimi neytrallıq statusuna məna və forma verən Türkmənistanın ümummilli lideri Qurbanqulu Berdiməhəmmədovu ürəkdən təbrik edirəm”, - deyə siyasətçi vurğulayıb.
Ərdoğan bildirib ki, türk və türkmən xalqları eyni kökdən qaynaqlanan iki qardaş millətdir:
“Əziz dostlar, Türkiyə və Türkmənistan ortaq tarixdən qaynaqlanan müstəsna əlaqələrlə bir-birinə bağlı iki qardaş ölkədir. Türk və türkmən xalqları eyni kökdən qaynaqlanan, eyni ruh və inancı paylaşan iki qardaş millətdir. Türkmənistanın müstəqilliyini ilk tanıyan ölkə olaraq, biz də onun daimi neytrallıq statusunun ən önəmli tərəfdarlarından biri idik. Görürük ki, Türkmənistanın 30 ildir qoruyub saxladığı bu kimlik, Məhtumqulu Firakidən Yunus Əmrə və İsmayıl Qaspıralıya qədər uzanan ortaq sivilizasiyamızın sülh və dostluq ruhunda formalaşıb”, - deyə siyasətçi əlavə edib.
Ərdoğan qeyd edib ki, Türkmənistanın çiçəklənməsi üçün məsuliyyəti öz üzərimizə götürməyə həmişə hazırıq.
Daşqın HəsənovMissiya.Az