EN

“Türkiyə Rusiya-Ukrayna müharibəsinin həllinə töhfə verməyə hazırdır” - Ərdoğan

“Ən səmimi arzumuz odur ki, qədim əlaqələrimiz və qarşılıqlı hörmətə əsaslanan münasibətlərimiz olan şimal qonşularımız Rusiya və Ukrayna arasında müharibə bitsin”.

Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistanın paytaxtı Aşqabadda keçirilən "Beynəlxalq Sülh və Təhlükəsizlik Forumu"nda çıxışı zamanı deyib.

“Sülh və təhlükəsizlik üçün əlimizi daşın altına qoymalıyıq. Qonşularımızla yaxşı münasibətlər quraraq ətrafımızda sülh və təhlükəsizlik zonası yaratmağa çalışırıq. Ən səmimi arzumuz odur ki, qədim əlaqələrimiz və qarşılıqlı hörmətə əsaslanan münasibətlərimiz olan şimal qonşularımız Rusiya və Ukrayna arasında müharibə bitsin”, - deyə siyasətçi vurğulayıb.

Ərdoğan qeyd edib ki, Türkiyə İstanbul prosesi başda olmaqla Rusiya-Ukrayna müharibəsinin həllinə töhfə verməyə hazırdır.

Daşqın HəsənovMissiya.Az

Chosen
19
missiya.az

1Sources