Portuqaliya millisinin sabiq qapıçısı Ruy Patrisiu sosial media hesabı üzərindən karyerasını başa vurduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, o, 37 yaşında əlcəklərini divardan asıb.
Qapıçının son klubu Əl-Əyn olub .
Patrisiu karyerasının əksər oyunlarını "Sportinq" də (2006-2018) keçirib. O, oyun sayına görə Portuqaliya millisinin qapıçıları arasında rekordçudur (108). Ruy milli komandanın heyətində AÇ-2016-nın qalibi olub.