EN

DÇ-2026: Biletlər DÇ-2022-dən 7 dəfə bahadır

2026-cı il dünya çempionatıın “büdcə kateqoriya”sından olan biletlərinin qiyməti 3119 funt sterlinqdən (4185 dollar) başlayır.

Msport.az xəbər verir ki, FIFA qrup mərhələsi oyunları və final üçün yer bölgüsü barədə milli assosiasiyalara məlumat verərkən açıqlanıb.

Çempionat üçün ən ucuz biletin qiyməti DÇ-2022 ilə müqayisədə təxminən yeddi dəfə artıb. Qətərdə açıq satışda olan ən ucuz biletlərin qiyməti 450 funt sterlinq idi (600 dollar). 17 iyunda keçiriləcək İngiltərə – Xorvatiya matçının biletləri 198 funt sterlinqdən (265 dollar) başlayır. Dörddəbir final üçün biletlər 507 funt sterlinqdən (680 dollar), yarımfinal üçün isə 686 funt sterlinqdən (920 dollar) başlayır.

Chosen
4
1
msport.az

2Sources