AZ

DÇ-2026-ya biletlər DÇ-2022-yə nisbətən yeddi dəfə bahadır

2026-cı il dünya çempionatıın “büdcə kateqoriya”sından olan biletlərinin qiyməti 3119 funt sterlinqdən (4185 dollar) başlayır.

İdman.Biz bu barədə BBC-yə istinadən xəbər verir.

Bu məlumat dünən FIFA qrup mərhələsi oyunları və final üçün yer bölgüsü barədə milli assosiasiyalara məlumat verərkən açıqlanıb.

Çempionat üçün ən ucuz biletin qiyməti DÇ-2022 ilə müqayisədə təxminən yeddi dəfə artıb. Qətərdə açıq satışda olan ən ucuz biletlərin qiyməti 450 funt sterlinq idi (600 dollar).

BBC-nin məlumatına görə, 17 iyunda keçiriləcək İngiltərə - Xorvatiya matçının biletləri 198 funt sterlinqdən (265 dollar) başlayır. Dörddəbir final üçün biletlər 507 funt sterlinqdən (680 dollar), yarımfinal üçün isə 686 funt sterlinqdən (920 dollar) başlayır.

“Avropa futbol azarkeşləri” azarkeş qrupu FİFA-nın “şantajçı” qiymət strategiyasından “dəhşətə gəldiyini” bildirib.

Azarkeşlər bilet satışlarının dərhal dayandırılmasını tələb edərək əlavə ediblər ki, ən ucuz kateqoriyada biletlərin olmaması “dünya çempionatı ənənələrinə böyük xəyanət, azarkeşlərin bu tamaşaya verdiyi töhfəni görməzdən gəlmək”dir.

Qrup bildirib ki, FIFA “iştirakçı assosiasiyalar arasında yer bölgüsü prosesinin bir hissəsi olaraq bilet satışını dərhal dayandırmalı, bütün maraqlı tərəflərlə məsləhətləşmələr aparmalı və Dünya Kubokunun ənənələrinə, universallığına və mədəni əhəmiyyətinə hörmət edən bir həll yolu tapılana qədər bilet qiymətlərini və kateqoriyalarını nəzərdən keçirməlidir”.

“2018-ci ildə dərc olunmuş tender sənədində biletlərin 21 dollardan başlayacağı vəd edilmişdi. Həmin biletlər indi haradadır?

Həmin tender sənədinə görə, finala qədər bütün səyahət üçün ən ucuz kateqoriyadakı biletlərin qiyməti 2242 dollar olmalı idi. Bu vəd çoxdan geridə qalıb”, - deyə “Avropa futbol azarkeşləri” bildirib.

İdman.Biz

Seçilən
23
1
idman.biz

2Mənbələr