EN

Zelenskidən başqa hamı ABŞ nin sülh planını dəstəkləyir Tramp

Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı Vaşinqtonun hazırladığı sülh planı hamı tərəfindən müsbət qarşılanıb, lakin Ukrayna lideri Vladimir Zelenski bu plana qarşı çıxan yeganə tərəfdir.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, Tramp bunu Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, tərtib olunan plan 4–5 əsas bənddən ibarətdir və bu bəndlərə ərazi bölgüsü də daxil olduğu üçün danışıqlar kifayət qədər mürəkkəb xarakter daşıyır.

“Düşünürdüm ki, biz Rusiya ilə razılığa çox yaxın olmuşuq. Elə hesab edirdim ki, Ukrayna ilə razılaşma da yaxınlıqda idi. Əslində prezident Zelenskinin özü istisna olmaqla, onun komandasındakı insanlar bu konsepsiyaya heyran qalmışdılar”, - Tramp qeyd edib.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
52
1
redaktor.az

2Sources