EN

Məktəblərdə Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirlər keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirlər keçirilib.

İdarədən TƏHSİL.BİZ -ə verilən məlumata görə, Ümummilli Liderin anım günü ilə əlaqədar təhsil müəssisələrində konfrans, “Dəyirmi masa”, mühazirə və seminarlar, sərgi, müsabiqə və idman yarışları təşkil olunub.

Anım tədbirlərində dahi liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirlərdə Heydər Əliyevin Azərbaycanın taleyində oynadığı misilsiz roldan, müasir Azərbaycanın dövlətçilik ənənələrinin formalaşmasında göstərdiyi xidmətlərdən danışılıb, şagirdlərə Ulu Öndərin uzaqgörən siyasətinin bu gün də dövlətimizin davamlı inkişafının əsasını təşkil etdiyi barədə ətraflı məlumat verilib. Bildirilib ki, Heydər Əliyevin ideyaları digər sahələrdə olduğu kimi bu gün də ölkənin təhsil siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.  

Tədbirlərdə Heydər Əliyevin həyat və fəaliyyətinə dair videoçarxlar təqdim olunub, həmçinin məktəblilər Ulu Öndərə həsr olunan ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Paytaxt məktəblərinin müəllim və şagird kollektivlərinin Heydər Əliyevin anım günü ilə bağlı Fəxri xiyabana ziyarətləri də təşkil olunub.

Qeyd edək ki, anım tədbirlərinin əsas məqsədi Azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətləri olan Heydər Əliyevin zəngin irsinin, onun vətənpərvərlik ideyalarının gənc nəslə aşılanması, eləcə də məktəblilər arasında milli-mənəvi dəyərlərin təbliğ olunmasından ibarətdir.

Chosen
5
3
tehsil.biz

4Sources