EN

Bu ölkədə nağd pulla ev və maşın almaq qadağan edildi

Lent az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Özbəkistanda 2026-cı ilin aprel ayından etibarən mənzil və avtomobillərin nağd şəkildə alınması qadağan ediləcək. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu, prezidentin "Nağdsız ödənişlərin genişləndirilməsi və kölgə iqtisadiyyatının payının azaldılması ilə bağlı əlavə tədbirlər haqqında" fərmanı ilə nəzərdə tutulub.

Məlumata görə, sənəddə 2030-cu ilə qədər gizli iqtisadiyyatın payının azaldılması üçün əsas hədəflər müəyyən edilib.

Xüsusilə, aşağıdakılar planlaşdırılır:

• müşahidə olunmayan iqtisadiyyatın ümumi daxili məhsula nisbətən payını 1,3 dəfə azaltmaq; 

• ticarət və xidmət sahələrində əhali tərəfindən nağdsız ödənişlərin payını 75 faiz-ə çatdırmaq.

2026-cı il aprelin 1-dən etibarən bir sıra xidmətlər üçün ödəniş yalnız bank kartları və ya elektron ödəniş sistemləri vasitəsilə həyata keçiriləcək, o cümlədən:

• dövlət qurumları tərəfindən göstərilən xidmətlər;

• elektrik enerjisi, təbii qaz və içməli su üçün ödəniş;

• spirtli içki və tütün məhsulları;

• yanacaqdoldurma məntəqələrində və elektrikli nəqliyyat vasitələrinin doldurulması xidmətlərində əhaliyə neft və qaz məhsullarının satışı;

• dəyəri 25 milyon somdan çox olan mal və xidmətlər;

• daşınmaz əmlakın, M, N, O və G kateqoriyalı nəqliyyat vasitələrinin və xüsusi təyinatlı nəqliyyat vasitələrinin alqı-satqısı üzrə əməliyyatlar, əgər onların istismar müddəti 10 ildən çox deyilsə.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
13
1
lent.az

2Sources