AZ

Bu ölkədə nağd pulla ev və maşın almaq qadağan edildi

Özbəkistanda 2026-cı ilin aprel ayından etibarən mənzil və avtomobillərin nağd şəkildə alınması qadağan ediləcək. 

Avtosfer.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu, prezidentin "Nağdsız ödənişlərin genişləndirilməsi və kölgə iqtisadiyyatının payının azaldılması ilə bağlı əlavə tədbirlər haqqında" fərmanı ilə nəzərdə tutulub.

Məlumata görə, sənəddə 2030-cu ilə qədər gizli iqtisadiyyatın payının azaldılması üçün əsas hədəflər müəyyən edilib.

Xüsusilə, aşağıdakılar planlaşdırılır:

• müşahidə olunmayan iqtisadiyyatın ümumi daxili məhsula nisbətən payını 1,3 dəfə azaltmaq; 

• ticarət və xidmət sahələrində əhali tərəfindən nağdsız ödənişlərin payını 75 faiz-ə çatdırmaq.

2026-cı il aprelin 1-dən etibarən bir sıra xidmətlər üçün ödəniş yalnız bank kartları və ya elektron ödəniş sistemləri vasitəsilə həyata keçiriləcək, o cümlədən:

• dövlət qurumları tərəfindən göstərilən xidmətlər;

• elektrik enerjisi, təbii qaz və içməli su üçün ödəniş;

• spirtli içki və tütün məhsulları;

• yanacaqdoldurma məntəqələrində və elektrikli nəqliyyat vasitələrinin doldurulması xidmətlərində əhaliyə neft və qaz məhsullarının satışı;

• dəyəri 25 milyon somdan çox olan mal və xidmətlər;

• daşınmaz əmlakın, M, N, O və G kateqoriyalı nəqliyyat vasitələrinin və xüsusi təyinatlı nəqliyyat vasitələrinin alqı-satqısı üzrə əməliyyatlar, əgər onların istismar müddəti 10 ildən çox deyilsə./lent.az

Seçilən
12
1
avtosfer.az

2Mənbələr