
Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun hücumçusu Kərim Benzema 2026-cı il dünya çempionatı üçün Fransa millisinə qayıdacağını istisna etməyib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “L'Equipe” qəzetinə verdiyi müsahibədə bildirib.
Benzema 2022-ci ildə Fransa millisinin Dünya Kubokunun finalında Argentinaya məğlubiyyətindən sonra (3:3, penaltilərdə 2:4) beynəlxalq karyerasına son qoyub.
“Dünya Kubokunda oynamağı kim istəməz? Hamı bu turnirdə oynamaq istəyir. Dəvət alanda gəlib oynayıram. Futbolu sevirəm, qalib gəlməyi sevirəm, kubok almağı sevirəm. Mənim üçün ən vacib şey budur. Milli komandaya dəvət alsam, gəlib oynayıram”, - Benzema qeyd edib.
Qeyd edək ki, 37 yaşlı Benzema 2007-ci ildən bəri Fransa millisində oynayır. O, milli komanda ilə 97 oyuna çıxıb və 37 qol vurub. 2021-ci ildə hücumçu milli komanda ilə Millətlər Liqasının qalibi olub. 2022-ci ildə Benzema Fransanın “France Football” jurnalı tərəfindən dünyanın ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatını qazanıb. Hücumçu “Əl-İttihad”dan əlavə, “Real Madrid” və “Lion”da da oynayıb.