EN

İsa Həbibbəyli danışdı: "Ramiz Mehdiyevin hərəkətləri..."

Ramiz Mehdiyevin etdiyi hərəkətlər Akademiyanın həqiqi üzvü qalmasına imkan vermir.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bunu AMEA-nın prezidenti İsa Həbibbəyli deyib.

O, bildirib ki, Akademiyada Ramiz Mehdiyevin üzvlük məsələsinə baxılacaq və lazımi qiymət veriləcək.

"Bu məsələdə akademiyanın konkret mövqeyi var. Ramiz Mehdiyevin Azərbaycan müstəqil dövlətçiliyinə qarşı etdiyi hərəkətlər barəsindəki ittihamlar onun akademiyanın üzvü qalmasında qətiyyən imkan vermir. Məsələyə Akademiyada baxılacaq. Və lazimi qərar qəbul ediləcək”.

Chosen
21
17
ulusum.az

10Sources